Çexiya, Bosniya və Herseqovina - Qərbin Azərbaycandakı şəbəkəsinin yeni ünvanı

  • By ilhame
  • 15 Avqust 2024 19:16

Artıq məlumat verdiyimiz kimi, Gürcüstan parlamentinin 2024-cü ilin may ayında “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu Qərbi Azərbaycana dair planlarında ciddi dəyişiklik etmək məcburiyyəti qarşısında qoyub.

Gununsesi.info xəbər verir ki, indiyədək Azərbaycandakı məlum şəbəkə üzvlərinin təlimi və qanunsuz maliyyə axını üçün əsas “plasdarm” rolunu oynamış Gürcüstan artıq “təxribat şəbəkələri”nin bəslənilməsi üçün təhlükəli məkana çevrilib.

Buna görə, Qərb öz şəbəkələrinin dislokasiya ünvanını yeniləyir və bunun üçün Balkan ölkələrini seçib.

Amma əldə etdiyimiz məlumata görə, məsələ yalnız Balkanlarla kifayətlənmir.

Nəzarətsiz maliyyə axını və vətəndaş cəmiyyəti adı altında Azərbaycanda vətəndaş qarşıdurmasına hazırlanan qruplar üçün “dislokasiya” yeri kimi iki ölkə seçilib. Bunlardan biri Çexiyadır. O da bildirilir ki, maliyyə təminatı, qrupların təlimatlandırılması və digər proseslər III Respublika Platformasının yaradıcılarından olan Elman Fəttaha həvalə edilib.

Çexiyada qurulan şəbəkə üzvləriə təlim və treninqlərin bir hissəsi isə Balkanlarda – Bosniya və Herseqovina ərazisində təşkil ediləcək.

Göründüyü kimi, Azərbaycandakı ənənəvi şəbəkə ifşa olunduqdan sonra Qərb institutları bütün qüvvələrini yeni şəbəkənin qurulmasına səfərbər edib.

Gununsesi.info