
Birinci hissənin sonlarında penaltidən vurulan qol bizi sındırdı.
Gununsesi.info xəbər verir ki, bunu Çexiya millisinin baş məşqçisi Çexiya millisinin baş məşqçisi İvan Hasek Almaniyada təşkil olunan Avropa çempionatında Gürcüstanla heç-heçə (1:1) etdikləri matçdan sonra deyib.
Mütəxəssis turnirlə bu raundda vidalaşmaq istəmədiklərini bildirib: “Hazırda bir qədər dincəlməli və Türkiyə ilə son qarşılaşmaya hazırlaşmalıyıq. Qrupdan çıxmaq üçün sonadək mübarizə aparacağıq”.
Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.
Gununsesi.info