Çexiya polisi Praqa universitetində atışmanın təsdiqlənməsi və onun təkrarlanması hədələri ilə bağlı 90-a yaxın hadisəni araşdırır və 50-dən çox cinayət işi açıb.
Gununsesi.info xəbər verir ki, bu barədə polisin mətbuat xidməti məlumat yayıb.
“Hal-hazırda biz insanların atışmanı təsdiqlədikləri və ya onu təkrarlamaqla hədələdikləri 90-a yaxın işi araşdırırıq. Polis belə şəxslərə qarşı 55 cinayət işi açıb. Onların əməlləri Cinayət Məcəlləsinin bir sıra maddələrinə, o cümlədən “zorakılıqla hədələmə”, “cinayət törətməyə razılıq vermə”, “bir qrup vətəndaşa və şəxslərə qarşı zorakılıq tətbiq etmə” maddələrinə aiddir”, – məlumatda vurğulanıb.
Belə açıqlamaların böyük əksəriyyəti sosial şəbəkələrdə aşkarlanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları tez bir zamanda yazanların kimliyini müəyyən edə bilirlər.
Qeyd edək ki, Çexiyanın paytaxtı Praqada Karlov Universitetində atışmada 15 nəfər ölüb.
Gununsesi.info