“Çexiya Rusiya və Belarus taxılının Avropaya tədarükünə qəti şəkildə etiraz edir”.
Gununsesi.info xəbər verir ki, bunu Çexiyanın kənd təsərrüfatı naziri Marek Vıbornı Avropa İttifaqına üzv dövlətlərin kənd təsərrüfatı nazirlərinin iclası çərçivəsində bildirib.
O vurğulayıb ki, ölkə belə kənd təsərrüfatı məhsullarını almaqla Rusiyanın Ukraynadakı hərəkətlərinə dolayı dəstəyini ifadə edir.
Nazirin sözlərinə görə, bu problemi yeni sanksiyalar olmadan həll etmək üçün hər ton üçün 95 avro və ya qiymətin 50%-i rüsumunun tətbiqi kifayətdir.
Gununsesi.info