Çexiya Rusiyanın Ukraynada etdiklərini soyqırım kimi tanıdı

  • By admin
  • 11 May 2022 20:25

Çexiya Senatı Rusiya ordusunun Ukrayna ərazisindəki hərəkətlərini soyqırımı kimi tanıyıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukraynanın Çexiyadakı səfiri Yevgeni Perebiynis məlumat verib.

Qəbul edilmiş qətnamədə, həmçinin Çexiyanın Ukraynaya silah tədarükünü davam etdirməsi və Ukraynanın Avropa Birliyi üzvlüyünə namizəd olmasına dəstək var.

Qeyd edək ki, daha öncə Kanada, Estoniya, Latviya və Litva Rusiyanın Ukraynaya qarşı müharibəsini soyqırım kimi tanıyıb.

Gununsesi.info