Çexiya Ukraynaya yeni hərbi yardım paketini TƏSDİQLƏDİ

  • By admin
  • 16 İyun 2022 09:32

Çexiya hökuməti Ukraynaya 8 milyon krondan (350 min dollar) çox olan hərbi yardımın yeni partiyasını təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, Kiyevə sursat və kimyəvi mühafizə vasitələrinin göndərilməsi planlaşdırılır.

Respublikanın baş naziri Petr Fiala xatırladıb ki, Çexiya Ukraynaya ilk hərbi yardım göstərənlərdən biridir. Artıq ağır hərbi texnika göndərilib.

Praqa Kiyevə 3,5 milyard krondan (146 milyon dollar) çox hərbi məhsul göndərib.

İyun ayında Ukrayna işğaldan azad edilmiş ərazilərlə əlaqə saxlamaq üçün Çexiyadan iki ponton körpüsü alıb. Onların hər birinin uzunluğu 36 metrdir.

Gununsesi.info