Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

24 Fevral 2018
23 Fevral 2018

21 Yanvar 2018 - 19:25

Çexiyada baş nazirin deputat toxunulmazlığı ləğv edilib

Çexiya parlamentinin aşağı palatası son parlament seçkilərində qalib gələn baş nazir, ANO Hərəkatının lideri Andrey Babiş və onun ANO-da birinci müavini Yaroslav Faltinekin deputat toxunulmazlığını ləğv edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Radio Praha” məlumat yayıb.

Parlamentdə 180 deputatdan 111-i bu qərarın lehinə, ANO Hərəkatının 69 deputatı isə bunun əleyhinə səs verib.

A. Babiş və müavini Avropa İttifaqının ayırdığı aqrokreditin bölgüsündə fırıldağa yol verməkdə ittiham olunur. A. Babiş isə ittihamı rədd edir, bu prosesin onun siyasi səhnədən uzaqlaşdırılması üçün siyasiləşdirildiyini bildirir.

Gununsesi.info