Çexiyada Gəncə hadisələri ilə bağlı sərgi - VİDEO

  • By admin
  • 17 Oktyabr 2022 12:51

Çexiyada Gəncəyə edilmiş raket hücumunun ildönümü ilə bağlı sərgi açılıb.

Gununsesi.info xəbər verir ki, sərgidə terror hücumunu əks etdirən foto-stendlər nümayiş etdirilir, eyni zamanda sərgi iştirakçıları baş verənlərlə bağlı məlumatlandırılır.

Xatırladaq ki, bu gün ikinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən 5-ci dəfə raket hücumuna məruz qalmasından iki il ötür.

2020-ci ilin oktyabrın 17-də gecə saat 01 radələrində Ermənistanın növbəti terror hücumu nəticəsində 16 nəfər şəhid olub, 55-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var.

Ermənistanın Gəncə terroruna hüquqi qiymətin verilməsi və baş verənlərin dünya ictimaiyyətə çatdırılması istiqamətində iş həyata keçirilir.

Gununsesi.info