Çexiyada koronavirusa yoluxanların sayı 10 minə çatır

  • By admin
  • 14 İyun 2020 18:36

Çexiyada koronavirus infeksiyasına 53 yeni yoluxma faktı qeydə alınıb.

Gununsesi.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, son 4 gün ərzində COVID-19-dan vəfat edən olmayıb.

Hazırkı dövrədək ölkədə ümumilikdə 9 991 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7 219 nəfər müalicə olunaraq sağalıb, 328 nəfər vəfat edib.

Bildirilib ki, hazırda 2 444 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir, 11 xəstənin vəziyyəti ağırdır.

 

 

Gununsesi.org