Çexiyada yeni baş nazir təyin olundu

  • By admin
  • 28 Noyabr 2021 16:57

Çexiya prezidenti Miloş Zeman “Birlikdə” partiya koalisiyasının və sağçı liberal Vətəndaş Demokratik Partiyasının lideri Petr Fialanı respublikanın baş naziri təyin edib.

Dövlət başçısının Praqa yaxınlığındakı Lanı qəsəbəsindəki bağ iqamətgahında baş tutan təntənəli mərasim yerli telekanallar tərəfindən canlı yayımlanıb.

Koronavirusa yoluxan Zeman xəstəxanada olduğundan mərasimə prezident administrasiyasının rəhbəri Vratislav Minarj rəhbərlik edib.

Gununsesi.info