
Çexiya Silahlı Qüvvələrinin polkovniki Zdenek Petraş Ukraynanın Amerikadan aldığı F-16 döyüş təyyarələrinin müharibədə heç bir üstünlük qazandırmayacağını bildirib.
Gununsesi.info xəbər verir ki, bu barədə o, Çexiya mətbuatına açıqlamasında deyib.
“Təəssüf ki, F-16 döyüş təyyarələri bəyan edilən miqdarda göndərilmir. Təyyarələr bu qarşıdurmada vəziyyəti əsaslı şəkildə dəyişməyə qadir deyil”, – o qeyd edib.
Çexiya zabiti onu da vurğulayıb ki, Niderlandın Ukraynaya bir neçə F-16 göndərib-göndərməməsi ilə bağlı mediada yayılan xəbərlərdən məlumatsızdır.
Gununsesi.info