Çexiyanın ən varlı adamı öldü

  • By admin
  • 29 Mart 2021 18:34

Çexiya Respublikasının ən varlı adamı, milyarder Petr Kellner Alyaskada helikopter qəzasında həlak olub.
Gununsesi.info xarici mediaya istinadən bildirir ki, helikopterin dağda ekskursiya zamanı Alyaskada Knik Buzlağı yaxınlığında qəzaya düşdüyü bildirilib. Bu barədə “AzadliqRadiosu” məlumat yayıb. Qəzada 5 nəfərin həlak olduğu qeyd olunub.

56 yaşlı Petr Kellnerlə birlikdə “Tordrillo Mountain Lodge” mərkəzinin Çexiya Respublikasından daha bir qonağı, iki bələdçisi və vertolyotun pilotu da olub.Qəzadan bir nəfərin sağ çıxdığı və onun vəziyyətinin ağır sabit olduğu bildirilir.

HTML tutorial

Petr Kellner 1990-cı illərdə investisiya fondu yaratmaqla ilk sərvətini qazanıb, Çexiyanın ən böyük sığorta şirkətində nəzarət paketini alıb. “Forbes” dərgisi onun sərvətinin 17.5 milyard olduğunu bildirirdi.

 

Gununsesi.info