Çexiyanın müdafiə siyasətinin əsas vəzifəsi nüvə silahı ilə təchiz edilmiş texnoloji cəhətdən inkişaf etmiş düşmənlə uzunmüddətli, yüksək intensivlikli müdafiə müharibəsinə hazırlaşmaqdır.
Gununsesi.info-nun məlumatına görə, bu barədə Çexiya Mətbuat Agentliyi (CPA) hökumət tərəfindən təsdiq edilmiş yeni müdafiə strategiyasına istinadla xəbər verir.
Qeyd olunub ki, kollektiv müdafiə əməliyyatlarında istifadə oluna bilən, yaxşı silahlanmış, təlim keçmiş və döyüşə hazır silahlı qüvvələrin yaradılması prioritet istiqamətə çevrilib.
Çexiyanın müdafiə naziri Yana Çernoxova Nazirlər Kabinetinin iclasından sonra keçirilən mətbuat konfransında qeyd edib ki, bu proseslər silahlı qüvvələrin davamlı modernləşdirilməsi ilə sıx bağlıdır. Onun sözlərinə görə, digər vəzifəsi potensial olaraq çoxlu sayda müttəfiq qüvvələrin qəbulunu, hərəkətini və dəstəyini təmin etməkdir.
Gununsesi.info