
Sentyabr ayında Ceyhan limanından 2 milyon tondan artıq neft dünya bazarlarına çıxarılıb.
Gununsesi.info Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, bu ilin sentyabr ayı ərzində 2 milyon 37 min 633 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. (Bu həcmin 942 min 882 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib). Cari ilin yanvar- sentyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 22 milyon 140 min 885 ton təşkil edib.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il oktyabr ayının 1-ə qədər Ceyhan limanından 313 milyon 334 min 657 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
Anar
Gununsesi.info