Ceyhun Bayramov alman həmkarı ilə görüşdü

Almaniyaya işgüzar səfəri çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb.

 

Bu barədə Gununsesi.info-ya Azərbaycan XİN-dən məlumat verilib.

 

Nazirlər iki ölkə arasında bir sıra sahələrdə əlaqələrin inkişaf perspektivləri, həmçinin Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ətrafında fikir mübadiləsi aparıblar.