Ceyhun Bayramov almaniyalı həmkarı ilə görüşdü - FOTO

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohann Vadeful ilə görüşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) X hesabında məlumat yayıb.

Müzakirələr Azərbaycan-Almaniya ikitərəfli əlaqələrinin inkişafına, o cümlədən siyasi dialoq, enerji təhlükəsizliyi, yaşıl keçid, ticarət, nəqliyyat və humanitar əməkdaşlığa həsr olunub.

Regional inkişaflar, Ermənistan-Azərbaycan normallaşma prosesi, münaqişədən sonrakı bərpa səyləri də müzakirə edilib.

Ceyhun Bayramov Almaniyanın XİN rəhbəri ilə görüşüb

Gununsesi.info