Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədrini qəbul etdi - FOTO

  • Müəllif: Firuzə
  • 04 Avqust 2026 11:47

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının Federal Şurasının üzvü, Xarici İşlər Departamentinin rəhbəri və ATƏT-in fəaliyyətdə olan sədri İqnatsio Kassislə görüşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində tərəflər Azərbaycan-İsveçrə ikitərəfli münasibətlərinin gündəliyini, regional və beynəlxalq prosesləri, həmçinin ATƏT çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədrini qəbul edib