Ceyhun Bayramov Avstriyaya səfərə getdi

  • By admin
  • 25 May 2021 09:17

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov işgüzar səfərlə Avstriya Respublikasına yola düşüb.

Bu barədə Gununsesi.info-ya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən bildirilib.

Səfər çərçivəsində Ceyhun Bayramovun Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi ilə görüşü, ATƏT-in Daimi Şurasının xüsusi sessiyasında çıxışı, habelə Avstriyanın yüksək səviyyəli rəsmiləri, aparıcı beyin mərkəzlərinin rəhbərləri, Vyanada fəaliyyət göstərən digər beynəlxalq təşkilatların rəhbərləri ilə görüşünün keçirilməsi nəzərdə tutulur.

Gununsesi.info