
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefonla danışıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Telefon söhbətində Azərbaycanın Qoşulmama Hərəkatına (NAM) müddətli rəhbərlik etməsi, Fələstindəki son hadisələr müzakirə edilib.
Bundan əlavə, Qarabağdakı son hadisələr barədə də fikir mübadiləsi aparılıb.
Gununsesi.info