Ceyhun Bayramov Çavuşoğlu ilə Əfqanıstanı müzakirə etdi

  • By admin
  • 16 Avqust 2021 14:11

Avqustun 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

XİN-dən Gununsesi.info-ya verilən məlumata görə, nazirlər bölgədə mövcud olan cari vəziyyət və ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar.

“Telefon danışığı zamanı tərəflər, həmçinin Əfqanıstanda Türkiyə və Azərbaycanlı sülhməramlıların birgə fəaliyyəti, bu missiyanın hazırkı durumunu müzakirə ediblər”, – deyə məlumatda qeyd olunub.