Ceyhun Bayramov: “Danışıqlar davam edəcək”

  • By admin
  • 12 Aprel 2023 13:39

“Ermənistanın reinteqrasiya prosesinə müdaxiləsi qəbuledilməzdir”.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə keçirilən mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

O qeyd edib ki, Azərbaycan tərəfi görüşlərin Bakıda keçirilməsini təklif edib:

“Danışıqlar davam edəcək. Ancaq Ermənistanın reinteqrasiya prosesinə müdaxiləsi bizim üçün qəbuledilməzdir”.

Gununsesi.info