Ceyhun Bayramov İsrail Prezidentinə təşəkkür edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İsrail Prezidenti İsaaq Hersoqa qonaqpərvərliyə görə təşəkkür edib.

Gununsesi.info xəbər verir ki, o bu barədə tviterdə yazıb.

“İsrailə rəsmi səfərim çərçivəsində Azərbaycanla İsrail arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə olundu”, – nazir bildirib.

Qeyd edək ki, bu gün İsrail Prezidenti Ceyhun Bayramovu qəbul edib.

 

 

Gununsesi.info