Ceyhun Bayramov kollektivə təqdim edildi

  • By admin
  • 17 İyul 2020 13:42

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Xarici İşlər naziri təyin edilən Ceyhun Bayramov kollektivə təqdim olunub.

Gununsesi.org-un məlumatına görə, təqdimatda Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iştirak edib.

Qeyd edək ki, dünən İlham Əliyev Elmar Məmmədyarovun Xarici İşlər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Gununsesi.org