Ceyhun Bayramov Mövlüd Çavuşoğlu ilə telefonla danışdı

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Mövlüd Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, nazirlər, bölgədə mövcud olan son vəziyyət üzrə fikir mübadiləsi aparıblar.

HTML tutorial

Post-münaqişə mərhələsində bölgədə Azərbaycan tərəfindən görülən işlər, o cümlədən geniş bərpa və quruculuq işlərinin bölgənin sülh şəraitində inkişafına xidmət etdiyi vurğulanıb.

Tərəflər, ikitərəfli əməkdaşlıq gündəliyinin aktual mövzularını, həmçinin Türk Dövlətləri Təşkilatının Zirvə görüşünə hazırlıq məqsədilə İstanbulda keçirilməsi nəzərdə tutulan nazirlər görüşü ilə bağlı məsələləri müzakirə ediblər.

Gununsesi.info