Ceyhun Bayramov: “Onlar əllərindən gələni edirlər ki, gərginlik olsun”

“Son beş ay ərzində razılaşmalar əldə olunmasa da, Ermənistanla şərti sərhəddə sülh və sakitlik mövcud idi”.

Gununsesi.info -nun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, beş aya yaxın müddətə nəzər saldıqda bəzi çevrələrin bundan narahat olduğu görülür:

“Onlar əllərindən gələni edirlər ki, vəziyyət dəyişsin, gərginlik olsun. Hər bir Azərbaycan vətəndaşı bunun şahidi olub”.

 

 

Gununsesi.info