Ceyhun Bayramov: “Parlament seçkilərinin azad keçirilməsi üçün sistemli addımlar atılır”

  • By admin
  • 01 Avqust 2024 12:58

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan  ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçkiləri Müşahidə Missiyasının rəhbəri Ditmir Buşatini qəbul edib.

Gununsesi.info-nun xəbərinə görə, görüşdə sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərə hazırlıq məsələləri və bu istiqamətdə beynəlxalq öhdəliklər müzakirə edilib.

Nazir qarşıdan gələn seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi, eləcə də beynəlxalq müşahidəçilərin seçkilərdə iştirakı üçün sistemli və intensiv addımların atıldığını açıqlayıb”, – XİN-in açıqlamasında bildirilir.

Onun sözlərinə görə, seçkilərin beynəlxalq standartlara cavab verən yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb.

Eyni zamanda, o, ATƏT/DTİHB missiyasını seçkilərin müşahidəsi prosesində obyektivlik və qərəzsizlik nümayiş etdirməyə çağırıb.