Xarici işlər naziri Ceyhun Bayramovla Serbiya xarici işlər naziri Nikola Selakoviçin təkbətək görüşü keçirilir.
Gununsesi.info-nun məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi “Twitter” səhifəsində bildirilib.
Qeyd edək ki, Serbiya xarici işlər naziri Azərbaycanda iki günlük rəsmi səfərdədir. O, iyulun 25-də Azərbaycan Prezidenti ilə görüşüb.