Ceyhun Bayramov Türkiyəyə gedəcək

Türkiyədə 13-cü Səfirlər Konfransı keçiriləcək.

Gununsesi.info xəbər verir ki, konfrans 6-12 avqust tarixlərində paytaxt Ankarada baş tutacaq.

HTML tutorial

Konfrans çərçivəsində müzakirə panelləri təşkil olunacaq. Səfirlər Türkiyə xarici siyasətini yaxından maraqlandıran regional və qlobal məsələləri müzakirə edəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfirləri qəbul edəcək.

Sloveniya Prezidenti Borut Paxor, ATƏT-in Baş katibi Helqa Şmit, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun da tədbirdə iştirakı gözlənilir.

Gununsesi.info