
Xarici İşlər naziri Ceyhun Bayramov Ankaraya işgüzar səfər edəcək.
Bu barədə Gununsesi.info-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd edilir ki, C.Bayramovun 23 fevral tarixində Ankarada keçiriləcək Azərbaycan Respublikası – Türkiyə Respublikası – Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak etmək məqsədilə Ankaraya işgüzar səfəri nəzərdə tutulur.
Gununsesi.info