Ceyhun Bayramov Türkiyəyə getdi

  • By Admin2
  • 07 Mart 2026 09:20

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedib.

XİN-dən Gununsesi.info-ya bildirilib ki, martın 7-də xarici işlər naziri Ceyhun Bayramov İstanbul şəhərinə işgüzar səfərəyola düşüb.

Səfər çərçivəsində xarici işlər nazirinin Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirakı və çıxışı nəzərdə tutulub.

Nazir Ceyhun Bayramovun həmçinin yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılıb.

Gununsesi.info