Ceyhun Bayramovdan iranlı nazirlə bağlı paylaşım

  • By admin
  • 25 Avqust 2021 23:27

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Hüseyn Əmir Abdullahyanı İranın XİN rəhbəri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

 

Gununsesi.info  xəbər verir ki, o, təbrik mesajını Tvitter hesabında paylaşıb.

 

“Hüseyn Əmir Abdullahiyanı İranın İslam Respublikasının xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edirəm və ona yeni vəzifəsində uğurlar arzulayıram”, – deyə C.Bayramov yazıb.