Ceyhun Bayramovla Sergey Lavrov Tehran görüşünün nəticələrini müzakirə ediblər

  • By ilhame
  • 24 Oktyabr 2023 21:34

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub, tərəflər oktyabrın 23-də Tehranda xarici işlər nazirləri səviyyəsində “3+3” formatında görüşün nəticələrini yüksək qiymətləndiriblər.

Gununsesi.info-nun məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bununla yanaşı, nazirlər Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlərin cari məsələlərini müzakirə ediblər.

Gununsesi.info