Ceyhun Bayramovun Pakistan XİN başçısı ilə telefon danışğı olub

  • By admin
  • 20 Oktyabr 2020 10:42

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və onun pakistanlı həmkarı Şah Mahmud Qureyşi arasında telefon danışığı olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee “Twitter” səhifəsində bildirib.

Xarici İşlər nazirləri iki ölkə arasında mövcud münasibətləri, qarşılıqlı maraq doğuran məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

Gununsesi.info