Ceyhun Cəfərov sakinlərlə görüş keçirdi - FOTOLAR

  • By admin
  • 29 Avqust 2019 14:09

Bu gün Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun Carlı kənd inzibati ərazi dairəsinin Quşlar və Carlı kəndlərinin sakinləri ilə növbəti səyyar görüş-qəbulu keçirilib.

Gununsesi.org xəbər verir ki, qəbulda rayon icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.

Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov rayon ərazisində həyata keçirilən layihələrdən geniş məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin Sərəncamlarına əsasən, Kürdəmir rayonunda “Asan Xidmət” mərkəzi, 563 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksi, “Azərxalça” ASC-nin Kürdəmir filialı üçün bina və digər sosial obyektlər tikilir, kənd yolları yenidən qurulur.

Kənd sakinləri elektrik enerjisi və suvarma su təchizatı, torpaq məsələləri, səhiyyə, qaz təchizatı, yol, məşğulluq məsələləri ilə bağlı rəy və təkliflərini veriblər. Qaldırılan məsələlər barədə əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.

Görüşdə çıxış edən kənd sakinləri onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Sonda Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov qaldırılan məsələlərin operativ həll edilməsi ilə əlaqədar aidiyyatı üzrə xidmət təşkilat rəhbərlərinə müvafiq tapşırıqlarını verib.

 


Gununsesi.org