Ceyhun Kərəmov: “Peşə təhsili almış 10 tələbə Almaniyada təcrübə keçir”

  • By admin
  • 07 İyun 2023 13:17

“Peşə təhsili almış 10 azərbaycanlı tələbə Almaniyada kənd təsərrüfatı sahəsi ilə bağlı təcrübə keçir”.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Peşə Təhsili Agentliyinin direktoru vəzifəsini müvəqqəti icra edən Ceyhun Kərəmov media nümayəndələri ilə keçirilən görüşdə məlumat verib.

O qeyd edib ki, təcrübə proqramı 8 ay davam edəcək:

“Həmin tələbələr alman nümayəndələrin də iştirakı ilə imtahandan keçiblər. 3 aylıq alman dili kursunda iştirak ediblər. Bu proqram Azərbaycanda ilkdir”.

Gununsesi.info