Ceyranbatanda sakinlər yolu bağlayacaqlar - 40 AİLƏ İŞIQSIZ QALIB - FOTOLAR

  • By admin
  • 23 May 2018 14:48
Sumqayıt şəhəri Asfalt zavod ərazisində (147-nömrəli Abşeron Ceyranbatan peşə məktəbinin arxasında) yerləşən fərdi yaşayış evlərinin sakinləri etiraz aksiyası keçiriblər. Buna səbəb bir həftədən çoxdur ki, 30-dan yuxarı evə elektrik enerjisinin verilişinin dayandırılması olub. 
Bu barədə Gununsesi.info-ya  sakinlər məlumat verib. Onların sözlərinə görə, 1 həftədən çoxdur ki, 30-dan çox ailə işıqsız qalıb:

“”Azərişıq” ASC-nin Sumqayıt şöbəsinin rəhbərliyi  və onun əməkdaşları bəhanə gətirirlər ki, adı çəkilən ərazidə evlərin sayğacları yoxdur. Vətəndaşlar isə gətirin sayğacımızı qoyun əgər pul ödəməsək işığımızı kəsin deyə onlara müraciət edəndə isə onlar bu bizim səlahiyyətimizdə deyil deyə cavab veriblər. Sakinlər dünən və bu gün Sumqayıt “ASAN xidmət” mərkəzinə gedərək sayğacların quraşdırılması üçün lazimi sənədləri təqdim ediblər. Amma işıq idarəsindən adıni bilmədikləri bir nəfər istənilən vaxt gəlib transformatordan işığları kəsir. İşıq idarəsinə zəng vuranda cavabları bu olur ki, gəlin hörmətimizi edin gələk yandıraq”.

“Azərişıq” ASC-nin Sumqayıt şöbəsinin mühəndisi soy adını bilmədikləri Şamil adlı birisi isə sakinlərə bildirib ki, bizə yuxarıdan göstəriş olunub bizdə kəsmişik. Gedin kimə şikayət edirsiz edin.

Sakinlər bildiriblər ki, belə bir isti vaxtda işığın bilərəkdən kəsilməsi insanlığa sığmayan bir hərəkətdir:

Evində körpə uşağı, yaşlı, xəstə insanı olanlar var. Bəzi evlərdə qazın olmamağı səbəbindən qazandığımızı işığa veririk”.

Sonda sakinlər onuda vurğuladılar ki, əgər tələblərimiz yerinə yetirilməsə bu gün axşam saatlarında Bakı-Sumqayıt yolunun Ceyranbata qəsəbəsindən keçən hissəsindən yolu bağlayacaqlar.

“Azərişıq” ASC-nin Sumqayıt şöbəsinin rəhbərliyin bu əməlindən cana gələn sakinlər ölkə başçısı cənab İlham Əliyevə, Mehriban Xanım Əliyevaya və Baş nazir Novruz Məmmədova müraciət hazırlayıblar.

Gununsesi.info məsələ ilə bağlı “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxlayıb. O, bildirib ki, məzuniyyətdə olduğu üçün buna heç bir şərh verə bilməyəcək

Gununsesi.info