Ceyrançöldə çobanlar arasında kütləvi dava - 3 NƏFƏR XƏSARƏT ALDI

  • By admin
  • 10 Noyabr 2017 15:16

Ağstafa rayonunun Ceyrançöl ərazisində çobanlar arasında kütləvi dava düşüb.

Gununsesi.info report-a istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər ağır xəsarət alıb.

Belə ki, ərazidə heyvanlarını otaran 6 çoban arasında otlaq sahəsi üstündə mübahisə yaranıb.

Daha sonra əlbəyaxa olan çobanlar bir-birlərinə çomaq və küt alətlə zərbələr vurublar.

Nəticədə 34 yaşlı Məmmədov Mahir Zakir oğlu və onun həmyaşıdı Paşayev Akif Fəxrəddin oğlu və onun 24 yaşlı qardaşı Asif ağır bədən xəsarətləri alıblar. Yaralılar Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdiriliblər.

Onları döyən çobanların üç qardaş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info