Chat GPT nədir? – Dünyanın maraqlandığı bu tətbiqlə planet yeni çağın üfüqlərinə doğru

  • By admin
  • 13 Fevral 2023 22:33

Axtarış motorlarının əksinə, istifadəçi ilə birbaşa söhbət edə bilən və bilgiləri bu söhbət içində ötürən tətbiqetmə Chat GPT-nin cavabları nə qədər gerçəkçi və tətmin edicidir? “Chat GPT nədir və necə işlədilir” sualları tətbiqin özündən soruşulduğunda necə cavablar verir?

Gununsesi.info xarici mətbuata istinadən dünyanın gələcəyini şəkilləndirəcək və yeni üfüqlər başladacaq bir texnoloji yeniliyi sizinlə bölüşür.

Uzun müddətdir ki, maraqla gözlənən suni zəka ilə söhbət tətbiqi Chat GPT işlədənlərin bəyənməsinə təqdim edilmiş durumdadır. Olduqca maraqçəkici özəllikləri olan bu tətbiqlə bağlı ən çox soruşulanlar; Chat GPT nədir, necə işlədilir və nə işə yarayır? onun özündən soruşulub.

CHATGPT NƏDİR?

Chat GPT insan bənzəri mətinlər emal etmək üçün dərin  öyrənməyi işlədən dil modeli GPT – 3.5-ə söykənən bir söhbət robotudur.

Suni zəka araşdırma şirkəti olan Open Aİ tərəfindən inkişaf etdirilib. Chat GPT az qala, hər şeyi bilən bir fərdi müəllim kimi, bir çox suala təbii cavablar verə bilir.
Bu səbəblə də, Google-yə alternativ olaraq göstərilir.
Chat GPT necə işlədilir?
Suni zəka əsaslı söhbət motoru olan Chat GPT-ni pulsuz olaraq asan bir şəkildə işlədilə bilir. Bax, Chat GPT işlətmək üçün addım-addım etməyiniz gərəkli olanlar; Kompüter və ya telefonunuzdan https://ChatGPT.openai.com veb saytını açırsınız. Open AI üzvlüyünüz varsa, “Log in” düyməsinə basın, hesabınıza giriş edin.
Hesabınız yoxdursa, “Sign up” düyməsi ilə üzv olun. Hesabınıza giriş etdikdən sonra açılan söhbət ekranından Chat GPT-ni işlədə bilərsiniz.

CHATGPT-NİN ÖZƏLLİKLƏRİ NƏDİR? 

Google-yə alternativ olaraq göstərilən bir tətbiq beləsinə geniş, çoxşaxəlidirsə, bizə necə cidmət edir? Özəllikləri nələrdir? Chat GPT soruşulan sualları cavablandırma, riyazi tarazlıqları çözmə, təməl akademik məqalələr, ədəbi mətinlər, nəzəriyyələr, film ssenarisi kimi mətinləri yazma, xətanı düzəltməkdə bizə yardımçı olur.

Uzun bir mətni özətləyərək mətindəki açar kəlmələri sinifləndirə bilir.

Hətta bir kod blokundakı xətaları təsbit edərək doğrusu ilə düzəldə bilir.

Əlbəttə, bitmədi. Bir mövzu haqqında fikrini almaq istədiyimizdə, tövsiyyələr edir. Bax, bu tövsiyyələr nəticəsində də özümüzü “süni zəka getdikcə insanlaşır” düşüncəsindən uzaqlaşdıra bilmirik.

Tərcümə: Arzu Sayadoğlu