Choi Thae Bok vəfat edib

  • By ilhame
  • 21 Yanvar 2024 11:09

KXDR Ali Xalq Məclisinin keçmiş sədri Çoi Thae Bok vəfat edib. O, bu vəzifəni hamıdan çox tutub – 1998-ci ildən 2019-cu ilə qədər.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, KXDR lideri Kim Çen In yanvarın 21-də onun xatirəsini ehtiramla yad edib və onun adından əklil qoyulub.

 

Yonhap Agentliyinin qeyd etdiyi kimi, Choi Tae Bokun 93 yaşı var idi.

 

Gununsesi.info