CHP-də “dəyişiklik” qurultayı: Yeni sədr və partiya məclisi müəyyənləşir

Ankarada Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci növbədənkənar qurultayı keçirilir. May ayında keçirilən prezident seçkilərindən sonra “dəyişiklik” şüarları ilə keçirilən qurultayda yeni sədr  və partiya məclisi müəyyənləşir.

Gununsesi.info xəbər verir ki, bu ilin may ayında keçirilən prezident seçkilərindəki məğlubiyyətindən sonra partiya daxilində yüksələn “dəyişiklik” şüarları ilə qurultay prosesi yaxınlaşarkən, 81 vilayətdən 1367 nümayəndə yeni sədr və partiya məclis üzvlərini seçəcək.

Ana müxalifət partiyasında qurultayın ilk günü sədrliyə, sabah (bazar günü) isə 60 nəfərlik Partiya Məclisi (PM) və 15 nəfərlik Yüksək İntizam Şurası üzvlüyünə seçkilər keçiriləcək.

Ankara İdman Salonunda saat 10:00-da başlayan qurultayın şüarı “İkinci Yüzildə Demokratiya və Birlik” olaraq seçilib. Sədrliyinin İstanbul Böyükşəhər Bələdiyyə başçısı Əkrəm İmamoğluna verildiyi qurultaydan əvvəl partiya sədri Kamal Kılıçdaroğlu, CHP Qrup sədri Özgür Özel, keçmiş Məclis üzvü Örsan Öymen və keçmiş millət vəkili İlhan Cihaner CHP sədrliyinə namizəd olmaq üçün imza toplayıb.

İlhan Cihaner bu səhər sosial media hesabından açıqlama verərək namizədlikdən geri çəkildiyini açıqlayıb.

İlhan Cihanerdən sonra başqa bir namizəd, keçmiş CHP Məclis üzvü Örsan Kunter Öymen namizədliyini geri götürdüyünü açıqlayıb.

Cihaner və Öymənin geri çəkilməsi ilə partiyada liderlik uğrunda mübarizə Kamal Kılıçdaroğlu ilə Özgür Özel arasında gedir.

Hazırda CHP-nin qurultayı partiya sədrliyinə namizədlərin çıxışları ilə davam edir.

Xəbər yeniləcək

Gununsesi.info