CHP-li bələdiyyə başqanları Kamal Kılıcdaroğlunu dəstəklədi

CHP Böyükşəhər bələdiyyə başçıları Kamal Kılıçdaroğlu ilə bir araya gəlib.

Gununsesi.info Türkiyə mediasına istinadən bildirir ki, görüşdən sonra heç bir açıqlama verilməsə də, 10 bələdiyyə sədri Meral Akşenerlə görüşmək üçün İYİ Partiya Ümumi Qərargahına gedib.

Eskişəhər Böyükşəhər Bələdiyyə Başçısı Yılmaz Büyükerşen partiyaya gəlişi ilə bağlı jurnalistlərə açıqlamasında “Nə deyəcəyimiz bəllidir. Biz sədrimizi dəstəkləyirik. Orada olub. Fikrimizdə zərrə qədər dəyişiklik yoxdur. Mübarizəmizi davam etdirəcəyik. Demokratiya yolunda mübarizəmiz liderimizlə davam edir”.

Tərcümə: Mətləb Yaqublu

Gununsesi.info