CHP-li millət vəkilindən 3 kilometrlik təklif – FOTOLAR

  • By admin
  • 26 İyul 2017 00:49

chp-istanbul-milletvekili-sezgin-tanrikulu-nd-10-9870338_o

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, CHP-li millət vəkili Sezgin Tanrıkulu Türkiyə Böyük Millət Məclisinin (TBMM) daxili tənzimlənməsinə qeyri-adi bir tərzdə etiraz edib.

Belə ki, Tanrıkulu millət vəkillərinə verilən danışıq müddətinin azaldılması iddiası ilə 3 kilometr uzunluğundakı kağıza yazılmış qanun təklifləri ilə Böyük Millət Məclisinə gəlib.

O, 3 kilometrlik qanun təkliflərini kürsüyə digər millət vəkillərinin köməyi ilə aparıb.

TBMM-in sədr müavini Ahmet Aydın bu hadisənin heç də xoş olmadığını və bir daha təkrarlanmayacağına ümid etdiyini bildirib.

Millət vəkilinin təklifləri arasında Diyarbakır Həbsxanasının muzeyə çevrilməsi fikri də yer alıb. Lakin bu təklif qəbul edilməyib.

chp-istanbul-milletvekili-sezgin-tanrikulu-nd-10-9870338_o

 

chp-istanbul-milletvekili-sezgin-tanrikulu-nd-9870338_o

 

chp-istanbul-milletvekili-sezgin-tanrikulu-nd-3-9870338_o

 

chp-istanbul-milletvekili-sezgin-tanrikulu-nd-7-9870338_o

 

chp-istanbul-milletvekili-sezgin-tanrikulu-nd-9-9870338_o

Gununsesi.info