Türkiyənin Milliyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı, ana müxalifət lideri CHP sədri Özgür Özel haqqında sərt ifadələr səsləndirib.
Gununsesi.info-nun xəbərinə görə, Özgür Özelin Baxçalıya cavabı gecikməyib. O bildirib ki, “Dövlət Baxçalı tüpürdüyü üzü yenidən öpən adamdır”.
Özgür Özel çıxışında Dövlət Baxçalının onun haqqında səsləndirdiyi fikirlərə belə reaksiya verib:
“Deyir ki, Özgür bəyin ağıl sağlamlığı yerindədimi?, “Atatürk öldü” deyir. Özü ruhmu çağırıb, Atatürklə görüşüb? Kim ruhla, kim cinlə, kim haradan qidalanır fikri bir gündə 180 dərəcə dəyişir bunu mən bilmirəm .Dünən fəxr etdiklərinə, bu gün pis sözlər deməyin. Dünən tüpürdüyü sifəti bu gün öpməyin, nəyin necə olduğunu, nəyin hardan əsdiyini bilmirəm. Onu sənin zehninlə baş-başa buraxıram. Amma bilməli olduğun bir şey var.
Atatürk hansı ki, sən bu cümhuriyyət düşmənlərinə, bu Atatürkə düşmənçilik edənlərə, qurtuluş müharibəsi yoxdur deyənlərə , kaş yunan qazansın deyənlərə qoltuq dəstəyi olduğun gün, Atatürk sənin üçün öldü! Atatürk bizim ürəyimizdə yaşayır Cənab Baxçalı!”– deyə o vurğulayıb.