CHP millət vəkili Öztürk Yılmaz prezidentliyə namizəd olacağını açıqladı

  • By admin
  • 20 Aprel 2018 14:04

Türkiyə ana müxalifəti olan CHP-nin millət vəkili  Öztürk Yılmaz iyunun 24-nə planlaşdırılan növbədənkənar prezident seçkilərində  təmsil etdiyi partiyanın namizədi kimi iştirak etməyə hazırolduğunu bəyan edib.

 Gununsesi.info “haberler”ə istinadən xəbər verir ki, CHP-nin prezident seçkilərində  konkret namizədi bəlli olmadığı bir zamanda, partiyadan bir sürpriz təklif gəldi. CHP liderinin müavini, millət vəkili Öztürk Yılmaz  partiya lideri Kamal Kılıcdaroğlu prezidentliyə namizəd olmadığı təqdirdə, o namizədliyini irəli sürməyə hazır olduğunu bəyan edib. “CHP qarşısında böynu bükük və ya ağlamq istəmirəm- deyən Ö.Yılmaz əlavə edib ki, xalqla birlikdə qazanacağına inandığını dilə gətirib. “25 iyunda yeni bir günə başlamaq istəyirəm. Qərarlıyam və heç bir şeydəndə qorxmuram.Milləti böldülər bir araya gətirmək lazımdır. Ona görə də milli iradəni ortaya qoymaq lazımdır. Partiyamız bunu mənə həvalə edərsə, söz verirəm ki, 80 milyonluq bir xalqı bir araya gətirəcəyik. Ən əsası isə AKP-yə səsə verən qardaşlarımıza  qucaq aşacağıq. Kimsəni özümüzə düşmən hesab etmək niyyətimiz yoxdur”- deyə, o bildirib.

Öztürk Yılmaz Ərdahan millət vəkilidir. Bir zamanlar Türkiyə xarici işlər nazirliyində müxtəlif vəzifələrdə, eyni zamanda dünyanın bir sıra ölkələrində Türkiyəni bir diplomat kimi təmsil edib.

 Gununsesi.info