CHP-nin qurultayı partiyadaxili demokratiyanın yalnız sol-mərkəzçi düşərgədə mövcudluğunu göstərdi -SİYASİ EKSPERT

  • By admin
  • 06 Noyabr 2023 08:43

Türkiyənin ana müxalifət partiyası- Cümhuriyyət Xalq Partiyasının qurultayı uzun illər bu təşkilata liderlik edən Kamal Kılıcdaroğlunun yola salınması ilə nəticələndi. 

Qeyd edək ki, olduqca gərgin siyasi rəqabət şəraitində keçirilən qurultayda Özgür Özəl Kamal Kılıcdaroğluna qalib gələrək partiyanın yeni lideri oldu.

Siyasi şərhçi Anar Məmmədli Gununsesi.info-ya açıqlamasında CHP-nin qurultayındakı dəyişiklik haqqında danışıb.

Onun sözlərinə görə, CHP-də baş tutan qurultay və sədr dəyişikliyi Türkiyədə partiyadaxili demokratiyanın yalnız sol-mərkəzçi düşərgədə mövcudluğunu göstərdi:
Türkiyədə sağ-mühafizəkar düşərgə əsasən antidemokratik dəyərlərə sahib partiyalardan ibarətdir və şəxsiyyətə pərəstiş bu qrupların əsas problemidir.
Məsələ burasındadır ki, Türkiyə əhalisinin əksəriyyəti də sağ-mühafizəkar partiyaları dəstəkləyir. Bu baxımdan CHP-dəki demokratik atmosfer Türkiyədə demokratik dəyişiklər üçün bir ümid işığıdır.
Türkiyəni hər ötən gün dərinləşən sosial-iqtisadi böhrandan yalnız CHP-nin liberal-sosialist dəyərlər uğrunda ardıcıl və yaradıcı mücadiləsi xilas edə bilər. Ümid edək ki, Özgür Özelin gəlişi bu mübarizədə faydalı olacaq”.

 

Afət Abbasova 

Gununsesi.info