CHP -nin yeni sədri Özgür Özəl seçkinin nəticələri ilə bağlı açıqlama verib.
Gununsesi.info-nun Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Özgür Özəl çıxışında “Seçicilər Türkiyədə yeni bir siyasət qurmağa qərar verdilər” deyib.
Kameralar önündə göz yaşını saxlaya bilməyən CHP lideri bildirib ki, son nəticələrə görə, bütün ölkə ərazisində qələbə qazanıblar: “Seçkilərin nəticələri göstərdi ki, seçicilər Türkiyədə yeni siyasət qurmaq qərarına gəliblər. Bu gün seçicilər Türkiyənin 22 illik şəklini dəyişməyə qərar veriblər. Xalqımız cümhuriyyətin ikinci əsrində hökumətin qeyri-mütənasib gücünü yerli səviyyədə balanslaşdırmaq qərarına gəldi. Türk Alyansı tarixi bir nəticə əldə etdi. Ölkəmizin necə idarə olunması ilə bağlı mühüm mesaj da verdi.Türkiyə ittifaqı tarixi bir qərar verdi. Seçicilərimiz aydın mesaj verdilər ki, biz itirilmiş hüquq dövlətinin qayıtmasını istəyirik. Fərqlər bizim sərvətimizdir. Biz Türkiyə Cümhuriyyətinin vətəndaşları olaraq birlik və həmrəylik istəyirik. Millətimizin verdiyi bu mesajı müqəddəs bir əmanət kimi görürük”.
Pərviz
Gununsesi.info