CHP və HDP anım mərasimində iştirak etməyəcəklər

  • By admin
  • 14 İyul 2017 14:48

10

Türkiyənin əsas müxalifət partiyası olan Cumhuriyyət Xalq Partiyası (CHP) 15 iyul anım mərasimində iştirak etməyəcək.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda CHP-nin sədr müavini Vəli Ağbab belə deyib.

Belə ki, CHP bu gecə Türkiyə Böyük Millət Məclisidə (TBMM) təşkil olunacaq 15 İyul – Demokratiya və Milli Birlik Günü ilə bağlı mərasimdə iştirak etməyəcək.

Qeyd edək ki, Türkiyədə PKK Terror Təşkilatının siyasi qolu olan Xalqların Demokratik Partiyası (HDP) da 15 iyul anım mərasimində iştirak etməyəcəklərini bəyan ediblər.

Anar

Gununsesi.info