CİA başçısı B. Vilyamdan TARİXİ AÇIQLAMA: “Ukrayna savaşı Putin üçün aşındırıcı, CİA üçün fürsətdir”

  • By admin
  • 03 İyul 2023 10:45

Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı Vilyam Burns Ukrayna savaşı və Rusiya Prezidenti Putinin durumu haqqıdna danışıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İngiltərədəki Ditchley Fondunda açıqlama verən Burns Ukrayna savaşının Putini aşındırdığını deyib.

Bu müharibənin ölkəsi üçün bir fürsət olduğunu söyləyən Amerikadan olan baş kəşfiyyatçı Burns belə bir durumun bənzərinə az rast gəlindiyini sözlərinə əlavə edib. CİA başçısı daha sonra bunları deyib:

“Putinin Ukraynaya savaş başlatması ölkələrarası nizama yönəlik təcili və kəskin geopolitik meydanoxumadır. Müharibə Moskva üçün əsgəri zəiflikləri ortaya çıxaran, iqtisadiyyata zərər verən və daha güclü NATO-nu təşvik edən strateji bir uğursuzluqdur. Savaşa qarşı olan narazılıq Putini “gəmirməyə” davam edəcək. Belə bir fürsətin boşuna getməsinə izin verməyəcəyik”.

 

Tərcümə: Arzu

Gununsesi.info