CIA başçısı: “Putin hələ də “Vaqner” liderindən intiqam almaq istəyə bilər”

  • By admin
  • 21 İyul 2023 10:20

Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin(CIA) rəhbəri Vilyam Burns yeni bir qalmaqallı açıqlama verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, CIA başçısı “Vaqner” muzdlu silahlı qruplaşmasının lideri Priqojini qara günlərin gözləyə biləcəyini söyləyib.

“Putin hələ də “Vaqner” başçısı Priqojindən intiqam almaq istəyə bilər”, – deyə Burns vurğulayıb. Amerikalı kəşfiyyatçının fikrincə, Putin Yevqni Priqojinlə bağlı nə edəcəyini düşünür, zaman qazanmağa çalışır.

CİA Başqanı daha sonra bunları deyib:

“İndi gördüyümüz rəqs çox qarışıq bir oyundur. Putin intiqamın soyuq yeyilən bir yemək olduğunu düşünən biridir. Ayrıca, Putin tam bir intiqam həvarisidir. Priqojin daha çox cəzadan qurtula bilərsə, sevinərəm”.

Xatırladaq ki, Yevqni Priqojin “Vaqner” muzdlu döyüşçüləri ilə birlikdə silahlı üsyan başlatmışdı.

Bu üsyan Putinin inşa etdiyi sabitlik sistemindəki önəmli zəiflikləri ortaya çıxarmışdı.

 

Tərcümə: Arzu

Gununsesi.info