“Çiçəklənən Ermənistan” parlamentdən kənarda qaldı

“Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” Partiyası Ermənistan Respublikasının Milli Məclisinə keçmir”.

Gununsesi.info-nun xarici mediaya istinadən məlumatına görə, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Mərkəzi Seçki Komissiyasının yaydığı məlumatlara görə, partiya seçkilərdə cəmi 3,996% səs toplaya bilib. Bu səbəbdən parlamentdə təmsil olunmaq hüququnu itirir.

Buna baxmayaraq, “Çiçəklənən Ermənistan” Partiyasının səslərin yenidən hesablanması üçün rəsmi müraciət edəcəyi gözlənilir. Partiyanın rəsmisi İveta Tonoyan jurnalistlərə açıqlamasında bu addımı təsdiqləyib.

Hazırda partiya tərəfindən səslərin yenidən hesablanması tələb olunacaq seçki məntəqələrinin müəyyənləşdirilməsi prosesi başa çatmaq üzrədir. Eyni zamanda, seçki zamanı qeydə alınan bəzi qərarlar və hərəkətlərdən şikayət etmək üçün hüquqi əsaslar müzakirə olunur.

 

 

Şəbnəm

Gununsesi.info